“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi “Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinə start verdi
- 7-08-2024, 22:12
- 106
Daha bir məqsəd Azərbaycan dilinin qalib xalqın dili olduğunu xarici ölkələrdə təbliğ etmək, qloballaşma şəraitində diasporda yaşayan yeni nəsil azərbaycanlıların ana dilini qoruması və inkişaf etdirməsinə motivasiya verməkdən ibarətdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan xalqı dünyada artıq qalib xalq kimi tanınır və qəbul olunur. Bu qalibiyyət onun bütün atributlarına, o cümlədən ana dilinə də şamil olunur. Bütün dünya ilk dəfə məhz azərbaycan dilində Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin Zəfəri ilə bitməsi xəbərini eşidib. Başqa sözlə, azərbaycan dili – Zəfər dilidir. Layihə çərçivəsində “Zəfər dili” çarxı çəkmək üçün peşəkar heyət formalaşdırılacaq. Daha sonra çarxın iştirakçıları təyin olunacaq və onlardan müsahibələr alınacaq. Əsas vəzifələrimizdən biri də hər bir iş barəsində mətbuata mütəmadi şəkildə məlumat verməkdir. Çarxla bağlı müsbət rəy alandan sonra isə təqdimat mərasimləri keçiriləcək. Çarxın Bakıda təqdimat mərasimi və “azərbaycanlılar arasında mənəvi bağların qorunub saxlanmasında ana dilinin rolu” mövzusunda konfrans keçiriləcək.