Gəncə sakinləri dərdlərini KİMƏ DESİNLƏR? - GİLEY
- 22-07-2024, 18:56
- 332
Dia-Az.İnfo-nun məlumatına görə, artıq 2 aya yaxındır ki, yolun bu vəziyyətdə olduğu barədə heç bir adiyyatı qurumun tədbir görmədiyi deyilir. Mövcud vəziyyət avtomobillərin hərəkətinə maneə törədir və gün keçdikcə istismara yararsız hala gələn asfaltın miqyası böyüyür.
Örtüyün dağılma səbəbləri müxtəlif ola bilər. Keyfiyyətsiz materiallardan istifadə və ya hansısa qurumun qəza yada başqa səbəbdən asfalt örtüyünün altından keçən kommunikasiya xətlərinə görə, yaxud da digər işləri üçün həmin örtüyün dağıdılmasına məcbur qalmış ola bilər. Lakin bu o demək deyil ki, yararsız hala düşmüş yola nəzarət olunmamalıdır və əhali çətinlik çəkməlidir.
Ümüdvarıq məsələ tezliklə həllini tapacaq və yolun bərpası təmin olunacaq.