Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş hesab edir
- 20-07-2024, 11:31
- 245
Prezident İlham Əliyevin çox uğurlu xarici siyasəti sayəsində Azərbaycanın dünyada nüfuzu günü-gündən artmaqdadır. Azərbaycan dünya gündəliyi üçün vacib bir çox tədbirlərə dəvət alır.
Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə hamının diqqət mərkəzində olduğu, ünsüyyət qurmaq istədiyi liderdir. Bu baxımdan Böyük Britaniyanın Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşmək istəyənlərin sayının çox olması liderimizin şəxsiyyətinə olan böyük inam və hörmətin göstəricisi hesab edirəm. Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Bu gün Avropa İttifaqı enerji daşıyıcıları ilə təchizatında böyük çətinliklərlə qarşılaşmışdır. Azərbaycan isə Avropa İttifaqını qazla təchizatında alternativsiz mənbəyə çevrilmişdir. 2027-ci ilə qədər Avropaya qaz ixracımızı 20 milyard kub metrə çatdırmağa hədəfləmişik. Avropa İttifaqı görürür ki, Prezident İlham Əliyevin sözü imzası qədər möhkəmdir. Ona görə də Avropa Liderləri dövlət başçımızla görüşməyə, əməkdaşlığını genişləndirməyə çalışır.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı önəmli məqamlarda yadda qaldı. Azərbaycanın səkkiz ölkəyə təbii qaz ixrac etdiyini xatırladan ölkə başçısı qeyd etdi ki, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Prezident vurğuladı ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq: “Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”, - deyə Azərbaycan Prezidenti çıxışında bildirib.
Əvvəlki proqnoz cari il üçün Avropaya 12 milyard kubmetr Azərbaycan qazının ixracını nəzərdə tuturdusa, indi həcmlərin 13 milyard kubmetrədək artırılacağı açıqlandı. Bundan əlavə Prezident Çexiya ilə enerji əməkdaşlığının uğurlarından danışarkən bildirdi ki, artıq Çexiya ətrafındakı ölkələr arasında Azərbaycandan qaz alanlar var, digər ölkələrə də qaz ixrac olunacaq. Əgər Çexiyaya ilə qaz tədarükü ilə bağlı anlaşma əldə edilərsə, tədarükdə hansısa problemin yaranmayacaqdır.
Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısında iştirak edən dövlət başçıları arasında Prezident İlham Əliyevin şəxsiyyəti kənardan görməmək mümkün deyil. Hətta dövlət başçımızın keçirdiyi görüşləri Paşinyan da kənarda tək-tənha oturub izlədiyini foto kadra düşmüşdür. Bəli, ona görə də Paşinyan böyük şəxsiyyət Prezident İlham Əliyevlə görüşməkdən qorxaraq geri çəkildi.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru