Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib, dördü qeydə alınıb
- 19-07-2024, 17:30
- 407
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 25 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
"451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə sədr vurğulayıb.