Qəzaya düşən qadının başına gəlməyən oyun qalmadı... - Hadisəni törədən isə...
- 19-07-2024, 12:34
- 304
Narazı vətəndaş daha sonra bildirir: "20.06.2024-cü il tarixində yenidən Mən Siyəzən rayon Mərkəzi xəstəxanasına gedərək anamın ağrıdan dayana bilmədiyini deyib, xəstəxanaya apardım. Həmin zaman Dizdə hemartroz olduğu bildirilərək, ayağını gipsə qoyub evə yola salındı. Neçə gün keçməsinə baxmayaraq ağrıdan dayana bilmədiyi üçün 26.06.2024-cü il tarixində Oki xəstəxanasına apardım. Həmin zaman mənə bildirdilər ki, dizdə sınıq olduğunu dedilər.
28.06.2024-cü il tarixində Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardım. 01.07.2024-cü il tarixində anam - Məmmədova İzzət Seyidağa qızı əməliyyat olundu. Neçə gün keçməsinə baxmayaraq indiyədək Qəzanı edən şəxs bir dəfə də olsa belə maraqlanmadı.
08.07.2024-cü il tarixində anam xəsətəxanadan evə yola salındı. Həmin tarixdə anam qəzanı törədən şəxs İdrisov Ülvi Amil oğluna zəng edib, deyərək məni niyə bu günə salıb maraqlanmadın ? Mən yazıq deyiləm? Mənə maddi və mənəvi ziyan vurdun. Cavabında isə get kimə, şikayət edirsən et. Mən heçkimdən qorxmuram deyərək, dalınca söyüş söyərək, təhqir edərək adboy verdi.
Mən burdan üzümü tutaraq Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-Polkovnik Vilayət Eyvazov Cənablarına, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Cənablarına, Hüquq mühafizə orqanlarına Çox xahiş edirəm ki, bu işlə daha da yaxından maraqlansınlar. Şabran Şəhidi Mehdiyev Anar İlham oğlunun xalasını bugünə salıb, maddi və mənəvi ziyan vuran daha sonra ona qarşı təhqir edən şəxs barəsində tədbir görülsün..."