Azərbaycanda bu il dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb
- 16-07-2024, 15:02
- 443
Xalqxeber.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.
Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 29 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da illik müqayisədə 40 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.