Abel Məhərrəmovun “EL FARO” istahət mərkəzinin hovuzunda uşaq boğulub öldü
- 15-07-2024, 14:29
- 549
Ailəsi ilə istirahətə gedən 13 yaşlı Etibar Böyükağa oğlu Həsənli istirahət mərkəzinin böyüklər üçün nəzərdə tutulmuş hovuzunda boğularaq ölüb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
XALQ.AZ-ın əldə etdiyi məlumata görə, “El Faro” istirahət mərkəzi Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovundur.
Mətbuatda gedən məlumatlara görə, “El faro” istirahət mərkəzi BDU-nin keçmiş rektorun qızının adına rəsmləşib . İstrahət mərkəzini isə qardaşı idarə edir. 200 hektar ərazidə yerləşən obyektin 60 milyon manat dəyərində olduğu iddia edilir. Abel Məhərrəmov məxsus olan “El-Faro” istirahət mərkəzi ispanca tərçümədən “Fənər” adlanır. Qeyd edək ki, Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışarkən şərab biznesi ilə gündəmə gəlmişdir. Hal-hazırda Anar Məhərrəmov Azərbaycanın Estoniyada səfiridir.
Məlumatlara əsasən “İzabella” və “Mona Liza” şadlıq saraylarıda Abel Məhərrəmovun oğluna məxsus olduğu bildirilir.
XALQ.AZ