“Qarabağ”ın potensial rəqibləri üz-üzə
- 9-07-2024, 12:12
- 292
Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri üz-üzə gələcək.
“Hamrun” komandası Maltada Cəbəllütariq “Linkoln”unu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Cavab görüşü iyulun 16-da reallaşacaq.
Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.