Elşad Həsənov yenə baltasın əlinə alıb... - Əgər budamadırsa, yerinə YENİSİNİ ƏKİN!
- 9-07-2024, 08:58
- 418
Narazı Yasamal sakinləri yenə də Elşad Həsənovun adamlarının növbəti OBYEKT YERİ naminə ağacları məhv etməsindən giley edirlər.
Sakinlər yazır: "50 illik şam ağacı Şərifzadə kücəsinin başlanğıcında gecəykən kəsilib. Bu özbaşınalığı kimsə durdura bilmir?
Yəqin kiməsə OBYEKT yeri lazımdır. Cavabdeh qurumlar hara baxır?!"
Qeyd edək kli, dünən Bakı Şəhər İcra Hakimiyyəti adından paytaxtdakı BUDAMA işləri ilə bağlı informasiyalar da yayıldı. Amma Yasamal sakinləri narahatdır ki, qeyd olunan ünvanda kəsilən ağacın yeri məhz hansısa OBYEKT üçün hazırlanır. Buna görə də, kəsilən ağacın yerində yenisinin əkilməsini tələb edirlər...