Bahalaşmadan sonra `bilet maxinasiyası`... - BU NƏDİ BELƏ?!
- 4-07-2024, 16:00
- 405
Göründüyü kimi, adı avtobus sürücüsü iyulun 1-dən başlayan "Avtovağzal maxinasiyası"nı neçə gözəl təhlil edir. Əlbəttə, biletlərin bahalaşan hissəsi yanacaq xərci olaraq sürücülərə çatmalıdır. Çünki Avtovağzal avtobusları yanacaqla təmin etmək öhdəliyinə malik deyil. Şəkli bizə göndərilən sənədlərdə, daha doğrusu qayimədə bir maraqlı nüansla rastlaşdıq. 20 nəfərin hər birindən 7,5 manat olmaqla sərnişinlərdən 150 manat yolpulu yığılsa da, qayimədə məbləğ 12 manat kəm, yəni 138 manat göstərilib. 12 manatın taleyi sərnişin avtobusunun müşayətedici sənədlərindən aydın olmur. Bu 12 manat Avtovağzalın xidmət haqqı olsa da belə, sənədlərdə xidmət haqqı kimi tutulduğu öz əksini tapmalıdır.
Məsələ ilə bağlı BBA-nın rəy və təkliflər üçün nəzərdə tutulan "qaynar xətt"inə zəng vurduq və məsələni olduğu kimi izah etdik. Özünü təqdim etməyən xanım bizim bütün məlumatlarımızı qeyd etdikdən sonra dedi ki, bu ola bilməz, bu barədə hansı sürücü məlumat veribsə, onun ad-soyadını və avtomobilinin dövlət nömrə nişanını bizə verin, araşdıraq. Biz isə bildirdik ki, bizdə rəsmi sənədlərə əsaslanan ərizə var, bu faktdır. Sizə zəng etmişik ki, bu fakta cavabdeh şəxslərdəm mövqe, münasibət alaq. Xanım bildirdi ki, məsələ araşdırılacaq və bu barədə sizə məlumat veriləcək.
Biz bir neçə saat sonra həmin xanımla əlaqə saxladıq və qurumun mövqeyini almağa çalışdıq. Xanım bildirdi ki, siz mütləq şikayətçinin ad-soyadını və maşınının nömrəsini bizə deməlisiniz, yoxsa biz bunu ananım şikayət kimi nəzərə alacağıq. Lakin biz öz qanuni hüququmuzdan istifadə edərək, şikayətçinin adını təqdim etmədik, xanım isə telefonu bu yerdə üzümüzə qapatdı.
Daha sonra biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Oruclu ilə əlaqə saxladıq. O, bildirdi ki, BBA-dan sizinlə əlaqə saxlayacaqlar. Bizimlə BBA-nın içtimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Rövşən müəllim əlaqə saxlayaraq şikayəti dinlədi və araşdırma üçün vaxt istədi.
Lim10.az