“Yaxşı olardı ki, vətəndaşlar adlarını vaxtında yoxlasınlar”

Cəmiyyət

 “Seçki siyahılarının dəqiqləşdirilməsi ilə bağlı daim iş aparılır”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında bildirib. 

O qeyd edib ki, seçkilərə 35 gün qalmışa qədər siyahılar asılmalı, 25 gün qalmışa qədər isə siyahılar yoxlanılmalı və düzəlişlər aparılmalıdır. 

“Yaxşı olardı ki, vətəndaşlar vaxtında adlarını siyahıda yoxlasınlar”, - deyə MSK sədri qeyd edib.