SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ədalətin və milli iradənin təntənəsi

Ədalətin və milli iradənin təntənəsi

Tarix:

18-06-2024, 16:02

/ 234 dəfə oxundu.
Ədalətin və milli iradənin təntənəsi

 
XX əsrin 90-cı illərində  Azərbaycanda vətəndaş qarşıdurması dərinləşirdi. Müstəqillik ideyaları genişləndikcə  ictimai mühitə təsirlər edən qüvvələrin maraqları çoxalırdı. Müxtəlif xarici qüvvələr tərəfindən təsirlər və daxili ideoloji boşluqlar  çətin dövrü bir qədər də mürəkkəb etmişdi. XX əsrin sonlarında yenicə müstəqillik əldə edən Azərbaycan çox qısa vaxt ərzində onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik və özbaşınalıq dövrü kimi xatırlanır. Ümummilli lider Heydər Əliyev həmin mərhələni belə xarakterizə edirdi: ”Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”
Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən davamlı işğalı, gərginləşməkdə olan siyasi vəziyyət, ağırlaşan iqtisadi durum xalqı öz arxasınca aparmağa qadir olan liderə ehtiyacı şərtləndirirdi. Azərbaycan xalqı təkidlə  Heydər Əliyevin hakimiyyətə gəlməsini həmin vaxtkı rəhbərlikdən tələb etdi.Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin dövrdə Ulu Öndər böyük uzagörənliklə söyləyiridi: ”Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” .
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə ölkəni vətəndaş müharibəsindən, parçalanmaqdan qorudu. Belə bir çətin tarixi şəraitdə Ulu Öndər Heydər Əliyev  Azərbaycan vətəndaşlarının milli birliyinə nail oldu.  Onun belə bir  dövrdə böyük tarixi xidmətlərindən biri  də Azərbaycan ərazisində yaşayan xalqlar arasında milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə, siyasi hakimiyyətlə xalq  arasında vəhdətə nail olması idi. Bu yolda isə azərbaycançılıq ideologiyası və milli demokratiya modeli əsas istiqamət oldu. Digər tərəfdən, hər bir hakimiyyət dəyişikliyi nəinki qeyri-qanuni üsullarla, həm də bir qayda olaraq, zorakılıq və hakimiyyət çevrilişi amilləri ilə müşayiət olunduğundan daxili qarşıdurmaları və siyasi gərginliyi artırır, eyni zamanda insanlarda müvafiq antidemokratik stereotiplərin formalaşmasına gətirib çıxarırdı. O da nəzərdən qaçırıla bilməzdi ki, sovet rejiminin süqutu bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da demokratik ab-havanın meydana gəlməsinə təkan verdiyindən, ictimai düşüncədə hakimiyyətin demokratik şəkildə dəyişdirilməsinə üstünlük verilirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını sosial sifariş, tarixi zərurət sayan insanlar ölkədə yenicə formalaşmağa başlayan demokratik əhval-ruhiyyəyə uyğun gələn yolların tez tapılmasına mühüm dəstək verdilər.   Əvvəla, siyası elita  dərk edirdi ki, hakimiyyətin taleyi onun formalaşması vasitələrindən bilavasitə asılı olur. Digər tərəfdən, Heydər Əliyev kimi zəngin və əfsanəvi siyasi bioqrafiyası olan şəxsiyyətin hakimiyyətə gəlməsi üçün demokratik yoldan basqa vasitə təsəvvür edilə bilməzdi. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.
 
                                                            
Könül Əfəndiyeva – YAP üzvü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ