Bakıda Təzəpir məscidində bayram namazı QILINDI
- 16-06-2024, 10:30
- 522
İbadətdə sakinlər və bir sıra din xadimləri iştirak ediblər.
Namaza Hacı Şamil Rəsulov rəhbərlik edib.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.