SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aydın Talıbovun “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-sinin dövlətə vergi borcu 1.5 milyon manata çatdı (FOTOFAKT)

Aydın Talıbovun “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-sinin dövlətə vergi borcu 1.5 milyon manata çatdı (FOTOFAKT)

Tarix:

12-06-2024, 11:37

/ 290 dəfə oxundu.
Aydın Talıbovun “Veysəloğlu-Yaycılı qardaşlar” MMC-sinin dövlətə vergi borcu 1.5 milyon manata çatdı (FOTOFAKT)

“Veysəloğlu-Yaycılı qardaşlar” MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur.
32gun.az-ın əldə etdiyi məlunata görə, şirkətij vergi borcu təxminən 1.5 milyon manata yaxındır (1443862.91 AZN).
Bildirək ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur.
Xatırladaq ki, 1994-cü ildən topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir.
Yerli mediada gedən məlumatlara görə, “Veysəloğlu” MMC Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatdadır və nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında bənzər adda daha 2 şirkət – “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC və “Veysəloğlu Grup” MMC-də qeydə alınıb. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-ninqanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur. 2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.(32gun.az)







Şərhlər

XƏBƏR LENTİ