Elşad Həsənov bu inadı ilə UZAĞA GEDƏ BİLMƏZ... - ÖZBAŞINALIQ DAVAM EDİR...
- 15-05-2024, 13:18
- 594
Pravda.az-a daxil olan şikayət əsasında aidiyyəti qurumlara müraciət edilsə də, məsələ hələ də həllini tapmayıb.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin qanunsuz olduğunu bildirsə də, Yasamal Rayon İcra Hakimiyyəti şikayətlərə məhəl qoymayıb.
Sakinlərin saytımıza göndərdikləri görüntülərdən aydın olur ki, hazırda zirzəmidə “ev” tikilməsi davam etdirilir.
Yasamal RİH-yə ünvanlandığımız sorğu isə 1 həftə keçməsinə baxmayaraq, hələ də cavabsız qalıb.
Pravda.az