Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...
- 2-05-2024, 16:36
- 935
Yeniavaz.com xəbər verir ki, Ədliyyə Nazirliyi Qazıyev Arif Tofiq oğlu ilə bir mənbədən satınalma metodu əsasında Gəncə şəhər qeydiyyat şöbəsi üçün icarə müqaviləsi bağlayıb.
İcarə müqaviləsi 15 aprel 2024 – 31 dekabr 2024-cü il tarixlərində qüvvədə olacaq. Qazıyev Arif Tofiq oğlu icarə haqqı olaraq Ədliyyə Nazirliyindən 1 400 manat alacaq.
Məlumat üçün qeyd edək ki, Arif Qazıyev Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin “Biologiya” kafedrasının müdiridir. O, həmçinin 2017-ci ildən Dövlət Aqrar Universitetinin professorudur.
Onu da qeyd edək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.