Ramin Məmmədov deputat mandatından məhrum edildi
- 2-05-2024, 16:28
- 719
İclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli Sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. R. Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.
Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.