““Yeni Ailə” MMC kupçamı və 9 aydır ki, kirayə pulumu vermir...” - "Küçələrdə qalmışam..."
- 29-04-2024, 12:35
- 598
Bunu Moderator.az-a açıqlamasında Bakı şəhər sakini Səbinə Məmmədova bildirib. O iddia edir ki, “Yeni Ailə” MMC tikinti şirkəti heç cür ortaq məxrəcə gələ bilmirlər.
“Həyət pis gündədir. Bina sənəd şəklində təhvil-təslim olunmayıb. Sənədlər verilməlidir, Fövqəlada Hallar Nazirliyi rəy verməlidir. Qazı yoxdur. İşığı da şirkətin özünə qoşublar hüquqi şəxs kimi, bunlar da onu götürüb camaata veriblər. Axı hüquqi şəxslər üçün ayrıdır, fiziki şəxslər üçün ayrı. Bunlar fırıldaqçılıqla məşğuldurlar. Şirkətin əməkdaşı da deyir ki, çıxarış veriləcək. Nə vaxt? Bir dəqiq söz deyən yoxdur!” deyə şikayətçi iddia edib.
Səbinə Məmmədova bildirib ki, bir çox yerlərə şikayət ərizəsi ilə müraciət edib.
“Hal-hazırda mənə aprel ayı ilə birgə 4500-azn pul borcludurlar. Onlar guya dövlətin layihəsini həyata keçirirlər. Adını da qoyublar ki, sakinlər həyat şəraitini yaxşılaşdırırıq. Onlar ancaq öz şəraitlərini yaxşılaşdırırlar. Nəsimi Rayon Prokurorluğuna, Nəsimi Rayon İcra hakimiyyətinə müraciət etmişəm. Hələ ki, bir xəbər yoxdur. Problemim problem olaraq qalmaqdadır” deyə şikayətçi bildirib.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.