İlham Əliyev Zelenskini COP29-a dəvət edib
- 23-04-2024, 12:29
- 296
Bu barədə məlumatı Azərbayanın Ukraynadakı səfiri Seymur Mərdəliyev öz “X” hesabında yazıb.
Onun sözlərinə görə, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiha ilə görüşüb: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.