Bakının Arif Qasımovdan MİRAS QALAN Ramin adlı problemi... - Eldar müəllim bu işi də çözər...
- 9-04-2024, 13:34
- 387
Anaxeber.info bildirir ki, bir müddət gözdən itən və medianın gündəmindən iraq olan Ramin Əhmədov daha sonra Yasamal rayonunda "zühur etdi". Ramin Əhmədov sakitlik çökən kimi Nizamidəki əməlləri Yasamalda davam etdirməyə başladı. Görünür ki, belə şəxslər heç cür islah olmur. Eyni yolu gedən Ramin Əhmədov Yasamalda da özünə dəstək tapıb. Yəni bu rayonun icra başçısı Elşad Həsənovun himayəsi altında indi onsuz da yaman günə qoyulan Yasamalı lap xarabazara çevirir. Gələn xəbərlərə görə, Əhmədov Yasamalda yaşıllıq tapa bilmir, çünki çoxu kəsilib və binalar tikilib, ona görə də tək-tük ağaclıq qalıb ki, onların canına düşüb.
Ona görə də Yasamal rayonu yaşıllıqların məhv edilməsi və səkilərin satılması faktları ilə daha çox diqqət çəkməyə başlayıb. Əvvəllər bu sahədə Nizami rayonu diqqəti daha çox cəlb edirdisə, indi Əhmədov sayəsində Yasamal ön plandadır. Nəticə odur ki, Ramin Əhmədov gözə girməməyə çalışır və beləcə oliqarxa çevrilməyi bacarır. Hazırda Əhmədovun metronun “Neftçilər” stansiyası yaxınlığındakı “Ledi Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin sahibi olduğu deyilir. R.Əhmədov “PSS-Mühafizə” şirkətinə də rəhbərlik edir. Ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsində xeyli pul xərcləməsinə rəğmən məğlub olan Ramin Əhmədov hələ də parlamentə ümidlidir.
Halbuki onun adı bir çox qalmaqallarda hallanıb. Məsələn, Ramin Əhmədov 2017-ci ilin noyabrında idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu ölümlə hədələyib. Əsəbləşən iş adamı metronun “Neftçilər”” stansiyasının yaxınlığındakı “Dakar” meydanında öz avtomobili ilə “”əVAZ-2107”nin qarşısını kəsib. Avtomobildən düşən Ramin Əhmədov “Sən bilirsən mən kiməm? Bu hərəkətinin üstündə adamı ağzından atarlar” deyərək sürücünün üstünə hücum edib. O zaman bu olayın videogörüntüləri də yayıldı. Yəni Əhmədov bu qədər baş verənlərə, Nizami rayonunda ağacların qətlinə görə məsuliyyətdən yayınaraq bu işləri Yasamalda genişləndirir. Görək, "dur" deyən tapılacaqmı... (Anaxeber.info )