Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb
- 28-02-2024, 11:46
- 469
Massiv ərazisində yığılan qrunt və kanalizasiya sularının çəkilməsi istiqamətində də RİH tərəfindən tədbirlər görülüb. Binalarda mövcud olan liftlərdə cari təmir işləri aparılıb və sakinlərin xidmətinə verilib. Bundan əlavə hal-hazırda ərazidə mövcud yaşıllıqların daimi suvarılması məqsədi ilə suvarma sisteminin bərpasına başlanılıb. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında massiv ərazisinə xidmət göstərən marşrut avtobusların sayı artırılıb, növbəti mərhələdə isə marşurut xəttinin kart sisteminə keçirilməsi və avtobuslararası intervalın daha da azadılması, həm də digər istiqamətlərdə marşrut xətlərinin açılması planlaşdırılıb. Bundan əlavə ərazidəki iməclik zamanı mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, yaşıllıq sahələrinin artırılması üçün yerlər müəyyənləşdirilib.
Onu da qeyd edək ki, fevral ayının əvvəlində yaşayış massivində yerləşən 3 korpusdan ibarət 280 yerlik uşaq bağçasının fəaliyyəti təmin olunub. Sevindirici haldır ki, uşaq bağçasının işçi kollektivi şəhid və qazi ailələrindən formalaşdırılıb.
Qeyd edək ki, abadlıq və təmizlik işləri rayon ərazisində Novruz bayramının son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdiriləcək.