Aleksey Navalnının ölümü ilə bağlı dəhşətli detallar AÇIQLANDI
- 18-02-2024, 14:20
- 499
Rusiya İstintaq Komitəsindəki mənbələr və Navalnının ətrafı iddia edir ki, bu dəhşətli planın təşəbbüskarı adıçəkilən komitənin rəhbəri Aleksandr Bastrıkindir. 2012-ci ildə Navalnının təhqiqatından sonra Bastrıkinin müxalifətçiyə qarşı şəxsi nifrəti yaranıb. Navalnının həbsindən sonra Bastrıkin Rusiya Federal Penitensiar Xidmətinin rəhbəri Arkadi Qostevin dəstəyi ilə Putinə siyasətçinin həbsxanada öldürülməsini təklif edib.
Plana görə, siyasətçi ürək-damar sistemindəki problemlərdən yavaş-yavaş ölməliymiş. Lakin o, fevralın 16-da dünya ictimaiyyətinin kəskin reaksiyasına səbəb olaraq dünyasını dəyişib.
Mərhum siyasətçinin çevrəsindən olan həmsöhbət həbsxanadan mümkün zəhərlənmə ilə bağlı mesajlar çatdırıb. Qanın laxtalanması ilə bağlı məlumat doğrudursa, NV-ə danışan biokimyaçı hesab edir ki, ona həbsxanada işgəncə və su çatışmazlığı rejimi altında qanın qatılaşmasına və qan laxtalanmasına səbəb olan hər hansı bir laxtalanma maddəsi verilə bilərdi. Bu da sonda ölümə gətirib çıxaracaqdı.