Penitensiar Xidmət Ədliyyə Nazirliyindən alınacaq: müstəqil xidmət olacaq - İLGİNC İDDİA
- 6-02-2024, 12:19
- 294
JAMAZ.İNFO xəbər verir ki, yeni kabinetdə yeni xidmətin təmsil olunması gözlənilir. Söhbət Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Penitensiar Xidmətdən gedir. Bu barədə yayılan xəbərlərdə vurğulanır ki, Penitensiar Xidmət seçkilərdən sonra Ədliyyə Nazirliyinin tərkibindən çıxarılaraq, müstəqil xidmət kimi fəaliyyət göstərəcək.
Hətta belə bir iddia var ki, Mirsaleh Seyidovun bir qədər əvvəl Penitensiar Xidmətə rəhbər gətirilməsi də bu planın tərkib hissəsi olub. Belə ki, hakimiyyət dairələrinin penitensiar sistemi yaxşı bilən Seyidovu quruma rəhbər təyin etmələri, gələcəkdə onu ayrıca xidmət olaraq formalaşdırma istəklərindən irəli gəlib. Həmçinin bununla PX-nin nazirlik səviyyəsində statusu müəyyən ediləcək.