3 dələduz MTK-nın arasında qalan vətəndaş Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
- 26-01-2024, 10:13
- 192
27 avqust 2021-ci ildə Babayevin Bakirin zəngi, Ağayev Ağamoğlanın iştirakı ilə müqavilə bağlananda Emil Səməndərov daha 2500 manat tələb etdi. 16 oktyabr 2021-ci ildə “çəkdiyim qola başımla cavabdehəm” deyən Emil Səməndərov son 2500 manatı da alıb, borcun qalmaması haqqında maaliyyə arayışını, 42783 manatın maliyyə qəbzini imzalayıb mənə təqdim etdi ki, 5-ci blokun 89-cu mənzili sizindir. Söhbət zamanı aydın oldu ki, bina Korrupsiya İdarəsinin nəzarətində, “krışalığındadır”, narahat olmayın, 5-ci blokda mənzillərin bir neçə adama satılması mümkün deyil.
O zaman 89-cu mənzilin yerləşdiyi 14-cü mərtəbə hələ tikilməmişdi. Üstündən bir il keçdi, məlum oldu ki, həmin mənzil məndən əvvəl üç adama satılıb. 2022-ci ilin dekabrında Emil Səməndərov həbs edildi. 14 fevral 2023-cü ildə mən zərərçəkmiş kimi Korrupsiya İdarəsində müstəntiq Kənan Süleymanlıya ifadə vermişəm. Onbir aydır müstəntiq məni əmin etmişdi ki, siz zərərçəkmişlərin siyahısındasız, “Proqres 2016” şirkətinin zərərini ödəməyi boynuna götürən “Şərur” MTK-dan şərtlərə uyğun zərərinizin qarşılığını alacaqsız.
24.01.2024-cü ildə isə, müstəntiq Kənan Süleymanlı zərərçəkmişin əvəzinə dələduzu müdafiə edərək bildirdi ki, Emil Səməndərov nə olsun ki, müqaviləyə, arayışa qol çəkib, qəbz verib, onun sizə 7500 borcu var. Sənədləriniz Sumqayıt Ağır Cinayətlər Məhkəməsindədir. Qalan 35283 manatı gedin məhkəmədən istəyin Ağayev Ağamoğlandan, Babayev Bakirdən alın. Hara da istəyirsiz şikayət edin.
Hörmətli Prezident, istintaq tərəfindən bu necə yanaşmadır, necə münasibətdir, heyrətlənirəm, guya ədalətli iş görürlər. Səkkiz yüzədək insanın yüz minlərlə pulunu mənimsəyən Emil Səməndərovun etdiyi zərəri 35 min azaltmaqla cəzasımı yüngülləşəcək, nə dəyişəcək?.. İndi mən qalmışam üç dələduzun arasında. Bir parça sənəd almağa görə illərlə maaşımdan kəsib, bankdan kredit götürüb (bankın borcunu hələ də qurtarmamışam) ödədiyim pulun əvəzini bu üç dələduzdan hansı qaytaracaq mənə? Hələ bu uzun illər ərzində çəkdiyim əsəb, stress, qazandığım sinir xəstəliyim bir yana...
Hörmətli Prezident! Açığı məhkəmənin doğru qərar çıxaracağına heç inamım yoxdur. Sizdən xahiş edirəm, şikayətimə düzgün baxılmasına, mənə dəyən zərərin hər hansı bir formada qaytarılmasına kömək edəsiniz. Ümidim ancaq Sizə və vitse-prezident Mehriban xanımadır.
Bu ölkədə haqqın-ədalətin qarantı Sizsiz, elə bu səbəbdən 7 fevralda mən sizə səs verəcəyəm.
Nasir-publisist Rövşən (Yerfi) Həsənli, Dövlət Tarix Arxivinin məsul əməkdaşı"
Mənbə - Teref.az (Xocanın Bloqu)