Elnur Allahverdiyevə məxsus olduğu deyilən “Kontakt Home” vergidən necə yayınır? (VİDEO)
- 12-01-2024, 14:15
- 987
Digər bir iddiaya görə, deputatın atası, Marat Allahverdiyev vaxtilə Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyektdə Marat Allahverdiyev və dostları gizlicə yığışıb müzakirə apararirmış. Bundan başqa Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib.
Elnur Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmaya görə xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur və vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir.
Mənbə: cumhuriyyet.az