Bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı
- 7-01-2024, 10:20
- 390
Bu barədə “Azərikard”dan məlumat verilib.
Qeyd edək ki, ötən gecə “Azərikard”ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir).
"Rabitəbank" və ABB texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyiblər.