“Milyarderlər ittifaqı” üzvünün “Nərgiz”i tualetdən də pul çıxarır - 40 qəpik/Foto

“Milyarderlər ittifaqı” üzvünün “Nərgiz”i tualetdən də pul çıxarır - 40 qəpik/Foto Bakının mərkəzindəki məşhur "Nərgiz" ticarət mərkəzində biabırçı qərar verilib
Ticarət mərkəzində tualet pulludur. Bu barədə paylaşım edən iqtisadçı Samir Alıyevin sözlərinə görə, elanda yazılar sözlər də səhvdir:
“Qəpik rus və ingilis dilinə "копеек" və "copeck" kimi tərcümə olunub. Düşünürəm ki, bu düzgün tərcümə deyil. Sovet dövründə manat rubl, qəpiк isə копейка kimi tərcümə edilirdi.
Elə pul vahidinin üstündə də 15 ölkə dilində pul vahidini adları yazılırdı və rubl həmin ölkələrdə başqa adla çağrılırdı. İndi isə rubl və manat fərqli valyuta və fərqli dəyərdə olduğu üçün qəpik və kopeek də fərqlidir.
40 копеек bizim pulla 1 qəpikdən bir qədər bahadır. Bu məntiqlə 40 qəpik ingilis dilinə 40 cent kimi tərcümə olunmalıdır, bu isə hardasa 60 qəpik edir.
Digər ölkələrin dəmir pulları olduğu kimi saxlandığı kimi bizim xırda pullar da olduğu kimi saxlanmalıdır. Qəpik rus dilinə "гяпик" kimi çevrilməlidir, "копейка" kimi yox.
Kimsə kopeyka sözünün etimologiyasına əsaslanıb onu qəpiklə eyniləşdirə bilər. Belə baxanda denqi sözü də türk sözüdür”.
“Nərgiz” ticarət mərkəzində tualetin pullu olması həm müştərilərin hüquqlarının pozulmasıdır, həm də tariflər uyğun deyil.
Hər yerdə tualetə giriş 20 qəpikdir. Təkcə bulvarda 30 qəpik müəyyənləşdirilib ki, onu da hansı meyarlara əsasən tətbiq ediblər, aydın deyil.
Dünyanın hər yerində, turist axını olan ölkələrdə obyektlərdə tualet pulsuzdur. “Nərgiz” rəhbərliyi isə köhnə alverçi düşüncəsi ilə tualetdən də pul çıxarmağa çalışır. Bu obyektin Rusiyada yaşayan oliqarx İsgəndər Xəlilova aid olması barədə mətbuatda xəbərlər var.
İ.Xəlilovun paytaxtda “ISR-Plaza”, “Hilton”, “Abşeron” hotelləri, “Mc.Donald’s”, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki var.
Neftçalada Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Şirvanda və Xaçmazda meyvə şirəsi zavodları da azərbaycanlı milyarderə məxsusdur.
“Milyarderlər ittifaqı” üzvünün “Nərgiz”i tualetdən də pul çıxarır - 40 qəpik/Foto
“Milyarderlər ittifaqı” üzvünün “Nərgiz”i tualetdən də pul çıxarır - 40 qəpik/Foto
Geri qayıt