Şeyxin qızı klinika rəhbərliyindən getdi - “Zəhra Clinic”in yeni rəhbəri kimdir?

Qaynarinfo-nun məlumatına görə, Paşazadə Vəfa Allahşükür qızını Hüseyn Fərid Fikrət oğlu əvəzləyib.

V. Paşazadə 26 oktyabr 2017-ci ildən klinikanın qanuni təmsilçisi idi. Həmçinin klinikanın nizamnamə kapitalı 100 manatdan, 200100 manata qaldırlıb.

Xatırladaq ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.