Oktyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları ÖDƏNİLDİ

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bundan əvvəl - oktyabrın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 13-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin oktyabr ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.