Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən Toronto-Dehli reysini sərnişinləri yola salınıb

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.
Qeyd edək ki, Bakı aeroportu bütün növ təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və hər cür hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.