Aynura 9 il hökm oxundu

Aynura 9 il hökm oxundu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən "Sevil Massivi" MMC-nin təsisçisi Aynur Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəməsi prosesi yekunlaşıb.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mirdamat Muradıyev və Səbinə Əliyevaya şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.
Geri qayıt