Ramil Usubov polis rəisini təqaüdə göndərdi

Ramil Usubov polis rəisini təqaüdə göndərdi Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Həsən Abdullayev işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

H.Abdullayev açıqlamasında bildirib ki, o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

“Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsində işləmişəm. 40 il 6 ay 22 gün xidmətdə olmuşam. İyunun 20-də 55 yaşım tamam olub. Bu səbəbdən də təqaüdə çıxmışam”, - H.Abdullayev deyib.
Geri qayıt