“Əmək pensiyası haqqında” qanuna dəyişikliklər edilir

“Əmək pensiyası haqqında” qanuna dəyişikliklər edilir Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub

Bunu MM-in Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.
Geri qayıt