“2 oğlu var idi, onlar da öldü...” - Bir nəslin faciəsi...

“2 oğlu var idi, onlar da öldü...” - Bir nəslin faciəsi... "Behbudun başqa övladı yox idi, elə 2 oğlu vardı, onlar da getdi".

Bu sözləri Ələtdəki dəhşətli qəzada həlak olan Hacızadə qardaşlarının dayısı "Qafqazinfo"ya deyib.

“Xalalarına sürpriz etmək istədilər, bütün nəslə “sürpriz” oldu”

O, bacısı uşaqlarının onlara sürpriz hazırlamaq istədiklərini deyib: “Rövşənin “Daewoo”su var idi, qardaşı ilə danışıblar ki, gedib Həsəni Horadizdən gətirib xalalarına sürpriz etsinlər, heç kimə də deməyiblər. Gələndə Ələtdə yanacaq doldurmaq üçün dayanan yük maşınına dəyiblər. Xalalarına sürpriz etmək istədilər, bütün nəslə “sürpriz” etdilər. Behbudun başqa övladı da yox idi, eləcə 2 oğlu vardı, onlar da getdi. Həsənin də bir bacısı var idi, o da bu cür bədbəxt oldu. Qəzadan bəri təkcə o uşaqlar yox, bütün nəsil ölüb”.
Əsgərliyini yeni başa vuran Həsən maşını idarə edən Rövşənin həm də qaynı olub. Rövşəndən geriyə isə 1 aylıq körpəsi qalıb. Yoldaşı isə bir anın içində həm qardaşını, həm ərini itirib.

Mərhum qohumların üçü də Azərbaycan Dövlət İqtisad Universitetini bitiriblər. Onların hər üçü Sulutəpə qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Rövşən və Üzeyir qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.
Geri qayıt