İcra başçısının nümayəndəliyi 1 manatlıq şirkəti yenidən qalib etdi - Bu dəfə 37 min AZN köçürüləcək
Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi növbəti dəfə həmin şirkətlə tender müqaviləsi imzalayıb. Yenə eyni səbəbdən imzalanan müqavilənin qiyməti bu dəfə 37.999,54 AZN-dir.
Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir. 32gun.az
