Zəhra və nənəsinin dəfn xərclərini dövlət ödəyəcək

Zəhra və nənəsinin dəfn xərclərini dövlət ödəyəcək Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev erməni təxribatından dərhal sonra Alxanlı kəndində, hadisə yerində olub.

Alı Alıyev kənd sakinləri ilə görüşüb, düşmən təxribatı nəticəsində həlak olan kənd sakinlərinin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib.

Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləyib, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, prezident İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prezident İlham Əliyevin və brinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxslərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin rayon İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirib.
Geri qayıt