Xətai rayonu ərazisində : DÜRRƏ adlı lombard sahibi insanların əmlakını mənimsəyib

Xətai rayonu ərazisində : DÜRRƏ adlı lombard sahibi insanların əmlakını mənimsəyib Bakı şəhərində Xətai rayonu ərazisində Lombard faliyyətiylə məşqul olan Dürrə İsmayılova adlı bir sahibkar böyük dələdüzluq nəticəsində insanların onun işlətdiyi Lombarda girov qoyduğu əmlakları mənimsəyib .
Ümumilikdə zərər çəkmiş vətəndaşlardan redaksiyamıza daxil olan məlumatda Dürrə İsmayılova lombard faliyyətiylə məşqul olduğu müddətdə vətəndaşlara 300 - min manatdan artıq maddi ziyan vurduğu bildirilir.Zərərçəkmişlər Dürrə İsmayılovanın bu dələdüz əməlindən 200 –nəfərdən çox insanın zərər çəkdiyi bildirirlər .
Araşdırmalarımız nəticəsində O, da məlum oldu ki , Dürrə İsmayılovanın bu dələdüz əməlindən hüquq mühafizə orqanlarına müraciət edən zərər çəkmiş vətəndaşlar şikayəti əsasında Dürrə İsmayılova Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən 3 – günlük həps olunsada sonradan müəmmalı şəraitdə sərbəst buraxılıb .
Xətai rayon polis idarəsindən redaksiyamıza verilən məlumatda Dürrə İsmayılovanın həps olunub sonradan sərbəst buraxılmasını təsdiqləsələrdə , hal - hazırda Dürrə İsmayılovanın bu əməli faliyətiylə bağlı Xətai rayonu polis idarəsində istintaq işi aparıldığından əlavə məlumat verə bilməyəcəklərini bildirdilər.
Hörmətli izləyicilərimiz Dürrə İsmayılovanın bu dələduz əməlləri haqqında əldə etdiyimiz məlumatları sizin nəzərnizə çatdıracayıq.

millitv.az
Geri qayıt