Səlahiyyət müddəti bitən 11 hakimlə bağlı qərar verildi

Səlahiyyət müddəti bitən 11 hakimlə bağlı qərar verildi Bakı Apellyasiya Məhkəməsinin hakimlər korpusunda da dəyişikliklər edilib.

Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, səlahiyyət müddəti bitən 11 hakimə yenidən etimad göstərilib.

5 hakimin vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə təyin edilib. İki hakim də vəzifələrini dəyişdirməsi ilə əlaqədar ( oğrul Əliyev, Vüqar Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Sumqayıt və Şirvan Apellyasiya Məhkəmələrində işləyən iki hakim isə Bakı Apellyasiya Məhkəməsinə təyin edilib.
Geri qayıt