Xanım idmançının ölümünə səbəb olan sürücü HƏBS OLUNDU

xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir ki, fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.