Bakının məşhur bazarı bağlanır? - QALMAQAL

Bakının məşhur bazarı bağlanır? - QALMAQAL Xəbər verildiyi kimi, Səbail Rayon Məhkəməsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
Xəbərə görə, məhkəmənin qərarı ilə H.Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay artırılıb.
Bundan başqa, Səbail rayion Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtının uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Bəs Habil Vəliyevin yaxın dostunun bazarı niyə bağlanır?

KİV-lərə istinadən xəbər vermişdik ki, Habil Vəliyevin yaxın dostu olmuş Vaqif Şıxəliyevə məxsus "Bakı Mıərkəzi Bazar" MMC ("Sirk"in yanındakı bazar) onun əlindən alınıb. Ehtimal edilir ki, bu problemə Vaqif Şıxəliyevin Habil Vəliyevlə münasibətləri kontekstində yanaşılmalıdır. Belə ki, bir müddət əvvəl Vaqif Şıxəliyev DTX-da saxlanılan Habil Vəliyevlə üzləşdirilib və olduqca ciddi məsələlər ortaya çıxıb... Vaqif Şıxəliyev Habil Vəliyevi uzaqdan-uzağa tanıdığını bildirsə də, Habil Vəliyev "açıb sandığı, töküb pambığı". Bundan əlavə, Habil Vəliyevlə Vaqiv Şıxəliyev və Əhəd Abiyev arasında Novxanıda torpaq alqı-satqısı da olub və bu rəsmi sənədlərdə ifadə edilir.
Bundan başqa, Habil Vəliyev rəhbəri olduğu "Gündəlik Bakı" qəzetində açıq şəkildə yazırdı ki, Vaqif Şıxəliyev onun yaxın dostudur və kim Vaqif Şıxəliyevlə Əhəd Abiyevin barəsində tənqidi məqalə yazarsa, sərt formada cəzalandırılacaq və sair.
Ehtimal edilir ki, məhz Habil Vəliyevlə üzləşmədən sonra Vaqif Şıxəliyev ona məxsus olan bazarla vidalaşmalı olub.
***
Bu gün adı çəkilən bazarda olduq. Bazar fəaliyyətini davam etdirsə də, öyrəndik ki, müvəqqəti olaraq idarəçilik hələlik adının çəkmək istəmədiyimiz bir şəxsə həvalə edilib, Vaqif Şıxəliyev isə artıq təhvil-təslimlə məşğuldur.
Elə oradaca bazarda çalışanlardan bir neçəsi ilə söhbətləşdik... Onların məlumatına görə, Vaqif Şıxəliyevə məxsus olan "Görüş" restoranı da ("Sirk"in ərazisində müqavilə əsasında fəaliyyət göstərir) eyni aqibətlə üzləşəcək. Çünki Bakı Dövlət Sirkinin rəhbərliyinin yaxın vaxtlarda Vaqif Şıxəliyevlə olan icarə müqaviləsinə son verəcəyi bildirilir.
Mövzuya qayıdacağıq.
TƏZADLAR
Geri qayıt