"Mən uşağı götürüb qaçdım, yoldaşım şkafı tutdu" - İsmayıllı sakini zəlzələdən danışdı (VİDEO)

Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.
Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.