Malatyadakı tələbələr hələ də tapılmayıb - RƏSMİ

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib. Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:
“Deyir qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.