Müşfiqin heykəli ətrafında yeni qalmaqal: yol bağlandı, ara qarışdı (FOTOLAR)

Müşfiqin heykəli ətrafında yeni qalmaqal: yol bağlandı, ara qarışdı (FOTOLAR) "Azəravtoyol” ASC nakam şair Mikayıl Müşfiqin heykəlinin yaxınlığındakı binanın yolunu bağlayıb.
Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsi 216 ünvanında yerləşən yaşayış binasının Müşfiqin heykəli ilə üzbəüz olan əsas girişi bağlanıb.
ASC-nin əməkdaşları bu ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar 200 ailənin yaşadığı ünvanın girişini onların üzünə qapadıb.
Sakinlər bildirirlər ki, bundan sonra yanğınsöndürən maşınlar binanın həyətinə daxil ola bilməyəcək.
Sakinlərlə bərabər Fövqəladə Hallar Nazirliyindən (FHN) gələn nümayəndələr də yolun bağlanmasının normativlərə uyğun olmadığını bildiriblər.
Lakin buna baxmayaraq, yol hələ də bağlı olaraq qalır. Sakinlər məsələ ilə bağlı yuxarı instansiyalara müraciət edəcəklərini qeyd ediblər.

BakuPost.az

Geri qayıt