İlham Əliyev bu məscidi öz hesabına tikdirəcək

İlham Əliyev bu məscidi öz hesabına tikdirəcək "Dini icmalar, axund və imamlarımızın maddi-mənəvi ehtiyacları hər zaman Sizin diqqət mərkəzinizdədir".

Bunu QMİ sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində çıxışında Prezident İlham Əliyevə müraciətlə deyib.

“Dini etiqad azadlığı haqqında” Qanuna son əlavələr, islam dini təhsilinin inkişafı ilə bağlı tarixi qərarınız dini maarifləndirmə işinə böyük töhfələrdir və bunlara görə dindarların təşəkkürlərini Sizə çatdırıram. Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək şəxsi vəsaitiniz hesabına yenidən inşası barədə qərarınız dindarlar tərəfindən rəğbətlə qarşılandı. Buna görə Sizə və ailənizə dualar edirlər”.
Geri qayıt