Şəhidin evinə sahibsiz itlər hücum etdi

Şəhidin evinə sahibsiz itlər hücum etdi Qaxda sahibsiz itlər əvvəl ev sahibəsinə, daha sonra isə həyətdəki heyvanlara hücum çəkib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Almalı kənd sakini Bünyadov Asif Nurullah oğlunun həyətində baş verib.

Belə ki, həyətə girən iki quduz it əvvəl onun həyat yoldaşına hücum çəkib. Ev sahibəsi çətinliklə də olsa, xilas olub. Daha sonra isə itlər həyətdəki xırda buynuzlu heyvanlara hücum edərək onlardan ikisini parçalayıb.

Qeyd edək ki, Asif Bünyadov Qarabağ müharibəsi şəhidi Rəvan Bünyadlının atasıdır.
Geri qayıt