Camaata 1 milyondan çox pul “atan” dəlixanaya göndərildi

Camaata 1 milyondan çox pul “atan” dəlixanaya göndərildi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Azad Məcidovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə H. Allahverdiyevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olması və 1 saylı Respublika Psixatiriya Xəstəxanasında məcburi müalicəyə göndərilməsi barədə qərar verib.

İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib. H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.
Geri qayıt