Fatma Abdullazadəyə yeni vəzifə verilir - O, PAYTAXT RAYONLARINDAN BİRİNİN İCRA BAŞÇISI OLACAQ

Fatma Abdullazadəyə yeni vəzifə verilir - O, PAYTAXT RAYONLARINDAN BİRİNİN İCRA BAŞÇISI OLACAQ Bir müddət öncə Prezident Administrasiyasında həyata keçirilən struktur və kadr dəyişiklikləri nəticəsində vəzifəsini itirən Fatma Abdullazadə ilə bağlı yeni xəbər var.
Verilən məlumata görə, Prezident Administrasiyasında həyata keçirilən struktur və kadr dəyişiklikləri nəticəsində vəzifələrini itirənlər arasında Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə var idi.
Belə ki, Fatma Abdullazadə yeni struktur formalaşarkən administrasiya komandasında yer ala bilmədi.
Məsələ ilə bağlı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Fatma Abdullazadə bu yaxınlarda paytaxt rayonlarından birinə icra hakimiyyəti başçısı vəzifəsinə göndəriləcək. Bildirilir ki, qısa müddət ərzində bununla bağlı sərəncam imzalanacaq.

Gununsesi.info
Geri qayıt