Ermənilərdən Xocalı aeroportu ilə bağlı növbəti TƏXRİBAT

Ermənilərdən Xocalı aeroportu ilə bağlı növbəti TƏXRİBAT Ermənilər Xocalı aeroportu ilə bağlı çirkin piar kampaniyasını davam etdirir.

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, bu dəfə işğal altındakı torpaqlarda yerləşən separatçı rejim aeroport ərazisində hava festival keçirəcək.

Bu gün axşam başlayacaq festivalda musiqi konserti olacaq. Bundan başqa, havaya hava şarı, 2 yerlik motorlu təyyarə və paratrayk qalxacaq.

Görünən odur ki, Xocalı aeroportu istifadəyə verə bilməyən düşmən tərəfi yeni hoqqalar çıxarmaqla diqqətdə qalmaq istəyir.
Geri qayıt