44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan arilleriyaçı zabit, kapitan Əsəd Həsənov haqqında xatirə filminin çəkilişi tamamlanıb.

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan arilleriyaçı zabit, kapitan Əsəd Həsənov haqqında xatirə filminin çəkilişi tamamlanıb. Xalqxeber.az xəbər verir ki, filmin hazırlanmasını “Vətən Media” Yaradıcılıq Qrupu həyata keçirib.

Ekran əsərinin senari müəllifi jurnalist Teymur Zahidoğlu, rejissoru jurnalist Rasim Salehli, operatoru Zaur Qələndərov, Elnur Şəfibəyli və Fəxri Məmmədovdur.

Filmin çəkilişləri şəhid kapitanın son döyüş mövqeyində və vaxtilə yaşadığı evdə aparılıb. Əsəd Həsənovun ailə üzvləri, dostları və döyüşçü yoldaşlarının xatirələrindən ibarət olan sənədli filmin hazırlanmasında, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən Vətən Müharibəsi günlərində lentə alınmış görüntülərdən isitfadə edilib. Süjet xətti boyunca səsləndirilən musiqi isə şəhid kapitanın bacısı qızı Nigar Hacıyevanın kamançada ifasından ibarətdir. Bu mahnılar Əsəd Həsənovun sevdiyi və sağkən bacısı qızından səsləndirməyi tez-tez xahiş etdiyi musiqilərdir.

Xatırladaq ki, kapitan Əsəd Həsənov Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Onun qərargah rəisi olduğu top divizyonu 44 gün boynca düşmənin ardıcıl hücumlarının qarşısını alıb, erməni silahlı birləşmələrinə aid xeyli sayda zirehli texnikanın, canlı qüvvənin sıradan çıxarılmasında və məhv edilmsəində, həmçinin dinc əhalini atəşə tutan erməni artilleriyasının atəş nöqtələrinin susdurulmasında fədakarlıq göstərib.
Geri qayıt