Samuxda yerləşən quşçuluq fabriki ilə bağlı İLGİNC İDDİA - TƏHLÜKƏ VAR!

Samuxda yerləşən quşçuluq fabriki ilə bağlı İLGİNC İDDİA - TƏHLÜKƏ VAR! Samuxda yerləşən quşçuluq fabrikində toyuqlara kanalizasiya suyu verilir
Bu barədə Samux sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, Gəncədən gələn Kanalizasiya suları Samuxda xüsusi yerlərə axıdılır. Bu ərazilərin birinin yaxınlığında isə Samux quşçuluq fabriki yerləşir. Bu fabrikdə əsasən broyler toyuqları yetişdirilməkdədir.
Əməkdaşımıza məlumat verən sakinlərin sözlərinə görə, son zamanlar bu fabrikin toyuqlarından istifadə edən yerli əhali arasında müxtəlif xəstəliklər yayılıb. Sakinlər bunu toyuqların içdiyi kanalizasiya suyu ilə əlaqədar olduğunu deyirlər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Moderator.az
Geri qayıt